Bank Of Baku

Son beş ildə “Bakıelektrik¬şəbəkə”nin güc qəbuletmə və paylama qabiliyyəti 70% artıb

Son beş ildə “Bakıelektrik¬şəbəkə”nin güc qəbuletmə və paylama qabiliyyəti 70% artıb
# 17 oktyabr 2011 14:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı(2005-2015)” çərçivəsində “Bakıelektrik¬şəbəkə” ASC bir sıra tədbirlər həyata keçirilib. “APA-Economics”in məlumatına görə, bunu ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev hakim Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində bildirib.

B.Rzayevin sözlərinə görə, görülən işlər çərçivəsində istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Bakı şəhərində beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri edib ki, bu məqsədlə yeni 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisiya Proqramında əsas prioritet olaraq nəzərdə tutulub.

Təsdiq olunmuş İnvestisiya Proqramına uyğun olaraq “Müşfiq”-”Bayıl”, “Xırdalan”-203 hava xətləri əsaslı təmir edilmiş, 110 kV-luq “Bayıl”, 227, 203, 215 saylı yarımstansiyalar yenidən qurulub, dairəvi sistemə daxil olan müasir tipli 110/35/10 kV-luq 2x50 MVA gücündə “Liman” yarımstansiyası inşa edilib, hazırda 110/35/6 kV-luq 2x50 MVA gücündə “İçərişəhər”, 110/20/6 kV-luq 2x40 MVA gücündə “Yeni Bayıl” yarımstansiyalarının tikintisi isə başa çatdırılmaqdadır.

ASC-nin son 5 illik fəaliyyəti dövründə dövlət büdcəsindən ayrılmış vəsaitlər və müəssisənin daxili maliyyə imkanları hesabına müasir tipli 14 ədəd 110 kV-luq və 29 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilib, 128 ədəd yeni Transformator Məntəqəsi inşa edilib və 400 ədəd Transformator Məntəqəsi əsaslı təmir olunub, 2000 km-ə yaxın elektrik veriliş xətləri, o cümlədən 100 km-dən cox 110 kV-luq kabel xətti və 400 km-ə qədər isə 35 kV-luq kabel xətti çəkilib. Hazırda 5 ədəd 110 kV-luq və 16 ədəd 35 kV-luq yarımstansiyalarda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70% artıb.

Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi 6 faiz bəndi azaldılaraq 10%-ə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb.

B.Rzayevin sözlərinə görə, şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranıb və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici 93%-dən yuxarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR