Bank Of Baku

Kulevi terminalından ötürülən neft və neft məhsullarının həcmi 10 mln. tona çatdırılıb

Kulevi terminalından ötürülən neft və neft məhsullarının həcmi 10 mln. tona çatdırılıb
# 18 oktyabr 2011 09:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Kulevi Qara Dəniz terminalı vasitəsilə ötürülən neft və neft məhsullarının həcmi 10 mln. tona çatdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq təhlükəsizlik standartlarına cavab verən Kulevi terminalı 2008-ci ilin mayından səmərəli fəaliyyət göstərir.

Qeyd edək ki, terminalda 320 min kubmetr həcmində 16 rezervuar, 168 vaqon-sisternin eyni zamanda boşaldılmasını təmin edən 4 estakada xətti, saatda 8000-12000 kubmetrə qədər yükləmə gücünə malik 2 yanalma körpüsü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR