Bank Of Baku

Bakıda SOCAR brendli daha iki yanacaqdoldurma məntəqəsi açılıb

Bakıda SOCAR brendli daha iki yanacaqdoldurma məntəqəsi açılıb
# 18 oktyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda SOCAR brendli daha iki yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib. “APA-Economics”in xəbərinə görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Bakının Xətai rayonunda Babək prospekti 2315-ci məhəllədə yerləşən 13 saylı yanacaqdoldurma məntəqəsində 40 nəfər çalışacaq. Burada market, kafe və valyutadəyişmə məntəqəsi də fəaliyyət göstərəcək. Yanacaqdoldurma məntəqəsində POS-terminal da quraşdırılıb, eyni zamanda müəssisə və şirkətlərə məxsus olan nəqliyyat vasitələri üçün nağdsız hesablaşmaların aparılması məqsədilə smart-kart sistemi də fəaliyyət göstərir.

14 saylı yanacaqdoldurma məntəqəsi isə Nizami rayonunda, O.Vəliyev küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşir. Bildirilib ki, ARDNŞ ölkənin pərakəndə neft məhsulları bazarına ötən ilin III rübündə daxil olsa da, qısa müddət ərzində bazarda mövqeyini möhkəmləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR