Bank Of Baku

Azərbaycanda metanol zavodunun tikintisi bu ilin sonuna kimi tamamlanacaq

Azərbaycanda metanol zavodunun tikintisi bu ilin sonuna kimi tamamlanacaq
# 19 oktyabr 2011 07:55 (UTC +04:00)
Bunu “APA-Economics”ə açıqlamasında “Azerbaijan Methanol Company” (AzMeCo) MMC-nin prezidenti Nizami Piriyev bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin iyun ayından zavod tam gücü ilə istehsala başlayacaq: “Zavodun ilkin istehsal gücü 560 min ton nəzərdə tutulur. Təxminən 6 aydan sonra isə bu göstərici 720 min tona çatdırılacaq. Bu da ondan irəli gəlir ki, metanol üçün xammal vasitələrindən olan CO2-nin havaya atılmasının qarşısı alınacaq”.

N.Piriyev qeyd edib ki, CO2 tullantısının havadan tutulması üçün Almaniyadan xüsusi qurğu sifariş edilib: “Qurğunun alınmasına dair müqavilə bu həftə imzalanıb. Təxminən 7 ay sonra qurğu hazır vəziyyətə gətiriləcək. 2012-ci ilin noyabrından isə tam işə düşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR