Bank Of Baku

Göyçayın iki kəndinə qaz verilib

Göyçayın iki kəndinə qaz verilib
# 19 oktyabr 2011 09:20 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunun daha iki kəndinə təbii qaz verilişi bərpa edilib. APA-nın məlumatına görə “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə rayonun Qaraməryəm və Ərəbcəbirli kəndlərinə yeni qaz xətti çəkilib. Oktyabrın 19-da təbii qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə bildirilib ki, Ərəbcəbirli kəndində plastik borularla 17 min 600 poqonmetr uzunluğunda daşıyıcı və daxili qaz xətti çəkilərək 241 mənzilə sayğac quraşdırılıb. Qaraməryəm kəndinə isə uzunluğu 19 min 200 poqonmetr olan qaz xətti çəkilib, 340 mənzilə sayğac quraşdırılıb və əhali “mavi yanacaq”la təmin olunub.
Yaxın günlərdə daha 72 mənzilə və kənddə məskunlaşan 17 məcburi köçkün ailəsinin yaşadığı evdə sayğac quraşdırılacaq və təbii qaz veriləcək. Hazırda Şəhadət və Qarabağlar kəndlərinin də qazlaşdırılması üçün tədbirlər görülür.
Qeyd edək ki, hazırda Göyçay şəhərində və 10 kənddə əhali təbii qazdan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR