Bank Of Baku

Azərbaycan sənayesində məhsul istehsalı 3% azalıb

Azərbaycan sənayesində məhsul istehsalı 3% azalıb
# 19 oktyabr 2011 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 23,2 mlrd. manatlıq və ya 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,2% az sənaye məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində emal bölməsində qida məhsulları istehsalı 5,9%, içki istehsalı 20%, geyim istehsalı 55,5%, ağac emalı və ağacdan məmulatlar istehsalı 9,7%, kağız və karton istehsalı 14,8%, poliqrafiya məhsulları istehsalı 4%, neft məhsulları istehsalı 3,7%, kimya məhsulları istehsalı 49,3%, rezin və plastik kütlə məmulatları istehsalı 14,7%, metallurgiya sənayesi məhsulları istehsalı 78,4%, kompüter və digər elektron avadanlıqları istehsalı 20,1%, elektrik avadanlıqları istehsalı 4,1%, maşın və avadanlıqlar istehsalı 28,3%, avtomobil və qoşquların istehsalı 19,6%, sair nəqliyyat vasitələri istehsalı 2,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri 56,5% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 5,3% artaraq 13,9 mlrd. kVt/saat olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 10,2% artıb.

Qeyd edək ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,2% artıb, neft sektorunda isə 5,9% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR