Bank Of Baku

“Azərikimya”nın Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra ilk məhsul alınıb

“Azərikimya”nın Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra ilk məhsul alınıb
# 19 oktyabr 2011 15:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri başa çatdırılıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumatına görə, müəssisənin “EP-300” kompleksinin əsas istehsalat sahələrində - piroliz, qazayırma, piroqazın sıxılması və təmizlənməsi sexlərindəki bütün texnoloji avadanlıqlar əsaslı təmir edilib, kompressorların işi nizama salınıb.

Qeyd edək ki, təmir zamanı texnoloji sxemə yeni rektifikasiya kalonu daxil edilib və quraşdırılıb. 24 metr hündürlüyündə olan qurğu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan yarım il əvvəl çəkilmiş boru kəməri ilə birbaşa Sumqayıta nəql olunan quru qazların kükürdlü birləşmələrdən daha keyfiyyətlə təmizlənməsində, nəticə etibarilə əsas məhsullar olan etilenin və polietilenin çıxımının və keyfiyyətinin artmasında mühüm rol oynayacaq.

Kompleksin əsaslı təmiri zamanı məhsuldarlığın artırılması, istehsalat itkilərinin minimuma endirilməsi məqsədilə bir sıra texniki dəyişikliklər və yeniliklər edilib, istilikdəyişdirici aparatlarının bir qismi və nəzarət-ölçü cihazlarının stendləri yenisi ilə əvəz olunub, piroliz sobalarındakı borular təzələnib. Əsaslı təmirin başa çatması ilə “EP-300” kompleksinin qurğularında texnoloji rejim nizama salınıb, həmçinin “Polimir-120” istehsalatında polietilenin alınmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR