Bank Of Baku

Azərbaycanda elektromobillər üçün enerji yığma qurğusu təqdim olunub - FOTO

Azərbaycanda elektromobillər üçün enerji yığma qurğusu təqdim olunub - <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 07:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. «GPS standart» şirkəti Azərbaycanda elektriklə işləyən avtomobillər - elektromobillər üçün enerji yığma qurğusunu təqdim edib. “APA-Economics”in xəbərinə görə, enerji yığma qurğusu elektrik dirəyinə - «Nessie»yə quraşdırılıb.

Bu qurğunu yalnız şərti olaraq elektrik dirəyi adlandırmaq olar, əslində isə bu, texnologiyanın ən son nailiyyətlərini özündə birləşdirən çoxfunksionallı cihazdır. Belə ki, bu dirək özündə küçələrin işıqlandırılmasından tutmuş digər başqa xüsusiyyətlərə qədər müxtəlif funksiyalara malikdir. Əsas ideya elektrik dirəyində yol üçün vacib olan digər xüsusiyyətləri də birləşdirməkdir. Yəni bu qurğu təkcə işıqlandırma məqsədilə yox, təhlükəsizliyə nəzarət, eləcə də digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

Dirəkdə işıqlandırma qurğusu ilə yanaşı, video kamera, səsucaldan qurğu, internet istifadəçiləri üçün «Wi-Fi» qurğusu quraşdırılıb. Amma dirəkdəki digər iki qurğu daha böyük maraq doğurur. Belə ki, bu qurğulardan biri vasitəsilə insanlar bir düyməni basmaqla təcili yardım xidmətlərinə, yəni yanğınsöndürmə, polis, təcili tibbi yardıma müraciət edə bilərlər. İkinci qurğu isə elektriklə işləyən avtomobillərə enerjinin yığılması üçündür. İstifadəçilər öz plastik kartları vasitəsilə (kartı ekrana yaxınlaşdırmaqla) burdan avtomobilləri üçün enerji ala bilər.

Yeniliyi təklif edən İtaliyanın «GPS standart» şirkətinin meneceri Fabrisio Ranyerinin sözlərinə görə, bu nəinki Azərbaycan, hətta Avropa bazarları üçün yeni məhsuldur: «Bu qurğunun imkanları bununla da bitmir. Məsələn, lazım gəlsə, onun üzərinə günəş enerji qurğusu da yerləşdirilə bilər. Yığılan enerji dirəyin üzərindəki bəzi qurğuların işləməsini təmin edər».

Yeni qurğular artıq Polşa Rumıniya və İtaliyada tətbiq olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, müasir dirəklərin qiyməti 8-10 min avro arasında dəyişir. İstehsalçılar bildirir ki, artıq bəzi dövlət qurumlarının nümayəndələri sərgidə bu qurğularla maraqlanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR