Bank Of Baku

Nazir müavini: Azərbaycana qazın Avropaya nəqli üçün tam təhlükəsiz və uzunmüddətli layihə lazımdır

Nazir müavini: Azərbaycana qazın Avropaya nəqli üçün tam təhlükəsiz və uzunmüddətli layihə lazımdır
# 20 oktyabr 2011 10:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycana tam təhlükəsiz və uzunmüddətli layihə gərəkdir: «Ümumiyyətlə, biz həm «Nabucco», həm TAP (Trans Adriatic Pipeline), həm də ITGI (Interconnector Turkey-Greece-İtaly) layihələrində maraqlıyıq».

Qeyd edək ki, artıq hər üç layihənin konsorsiumları və BP şirkəti (Cənubi-Şərqi Avropa boru kəməri - Türkiyə-Bolqarıstan-Rumıniya martşrutu) Azərbaycan tərəfinə rəsmi təkliflərini təqdim edib. Azərbaycanın cari ilin noyabr ayının sonunadək bu layihələrdən birini seçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR