Bank Of Baku

«SOCAR-Petroleum» Abşeronun yanacaq bazarının 70%-nə nəzarət edir

«SOCAR-Petroleum» Abşeronun yanacaq bazarının 70%-nə nəzarət edir
# 20 oktyabr 2011 10:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Abşeronun yanacaq bazarının 70%-nə «SOCAR-Petroleum» QSC şirkətinin yanacaqdoldurma məntəqələri (YDM) nəzarət edir. Bu barədə «APA-ECONOMICS»ə şirkətin icraçı direktoru Toğrul Seyidov məlumat verib.

Onun sözlərinə görə, şirkətin hər bir yanacaqdoldurma məntəqəsinə ay ərzində orta hesabla 18-20 min avtomobil daxil olur.

Şirkətin şəbəkəsinin genişlənməsi barədə danışan T.Seyidov bildirib ki, «SOCAR-Petroleum» bunu yalnız yeni məntəqələrin tikilməsi yolu ilə etmək niyyətindədir, çünki indiyədək fəaliyyət göstərən YDM-ləri alıb yenidən qurmaq iqtisadi cəhətdən səmərəli deyil: «Bu üsul yeni YDM tikməkdən 2-3 dəfə baha başa gəlir, çünki biz burda bütün infrastrukturu yenidən qurmalıyıq».

«SOCAR-Petroleum» YDM-lərin daxilindəki əlavə xidmət məntəqələrinin - mağaza, kafe və hotellərin idarə olunması üçün kənar operator cəlb etmək niyyətində deyil. Direktorun sözlərinə görə, bu məntəqələr şirkətin özü tərəfindən idarə olunacaq.

Xatırladaq ki, hazırda «SOCAR-Petroleum» QSC-nin 14 YDM-i fəaliyyət göstərir. Hər YDM-də 40-60 nəfər, ümumilikdə isə «SOCAR Petroleum»da 1850 nəfər çalışır.

«SOCAR-Petroleum» QSC birgə müəssisəsi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (51%) və Britaniyanın «A.P.İnternational LLC» şirkəti (49%) tərəfindən 2008-ci ilin yanvarında təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR