Bank Of Baku

Azərbaycan prezidenti və Türkiyənin baş naziri ARDNŞ-ın Türkiyədə inşa etdiyi neftayırma zavodunun təməlqoyma mərasiminə qatılacaq

Azərbaycan prezidenti və Türkiyənin baş naziri ARDNŞ-ın Türkiyədə inşa etdiyi neftayırma zavodunun təməlqoyma mərasiminə qatılacaq
# 21 oktyabr 2011 11:48 (UTC +04:00)
İzmirdə keçirilən mətbuat konfransında «SOCAR & Turcas» şirkətlər qrupunun idarə heyətinin sədri Kənan Yavuz bildirib ki, bu tədbirlə yanaşı, Əliağa qəsəbəsində Heydər Əliyev Texniki Peşə Məktəbinin və «AYPE-T» fabrikinin də açılışı gerçəkləşəcək.

K.Yavuz bu zavodun təməlqoyma mərasimini tarixi hadisə adlandırıb: «Biz bu hadisədən çox həyəcanlı və qürurluyuq. Çünki bununla türk sənayesinin gələcəyinin təməlini qoymuş olacağıq».

Şirkət rəhbəri «Petkim»i 2008-ci ilin may ayında satın almış «SOCAR & Turcas» ortaqlığının 2023-cü ilə qədərki hədəflərini də açıqlayıb. O, bu dövrdə «Petkim»i Avropanın ən önəmli neft-kimya mərkəzlərindən birinə çevrilməsinin qarşıya məqsəd qoyulduğunu, 2023-cü ilə qədər şirkətə qoyulan sərmayənin 10 mlrd. dollara çatdırılacağını qeyd edib. Həyata keçiriləcək tədbirlər nəticəsində, şirkətin illik ixracatı 5 milyard dollara çatdırılacaq.

«Star» neftayırma zavoduna isə 5 milyard. ABŞ dolları investisiya yatıralacağını vurğulayan şirkət rəhbəri bildirib ki, bu Türkiyədə ən böyük sektor yatırımı hesab oluna bilər. İllik istehsal gücü 10 mln. ton olacaq zavod 2015-ci ildə istifadəyə veriləcək. Zavodda inşaat dövründə 10 min nəfər müvəqqəti, istifadəyə veriləndən sonra isə 1000 nəfər daimi işlə təmin olunacaq.

Zavodda «Petkim» üçün LPG və neft, daxili bazar üçünsə dizel yanacağı və təyyarə yanacağı istehsal ediləcək. Zavodda ildə 500 min ton təyyarə yanacağının istehsal olunması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) inşa etdiyi bu neftayırma zavodu Azərbaycanın enerji sahəsində ən böyük investisiya layihəsi olacaq. Dörd ildən sonra ilk qurğuların işə salınması ilə zavod istismara veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR