Bank Of Baku

Azərbaycanda tikinti işlərinin həcmi 25% artıb

Azərbaycanda tikinti işlərinin həcmi 25% artıb
# 22 oktyabr 2011 08:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin analoji dövrünün səviyyəsini 24,5% üstələyib.

Dövlət Statistika Komitəsinlən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 75,7%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,6%-ni əsaslı təmir, 3,1%-ni cari təmir, 4,6%-ni isə sair tikinti işləri təşkil edib.

Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 26,5%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 73,5%-ni həyata keçirib.

Qeyd edək ki, 2011-ci ilin yanvar-avqust aylarında inşaat bölməsində çalışmış 74 min nəfərin orta aylıq nominal əmək haqqı 514,8 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5% artıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 542,4 manat olub, mülki təyinatlı inşaat işlərində 6%, ixtisaslaşdırılmış tikinti işlərində isə 9,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR