Bank Of Baku

Yunanıstan Azərbaycana qazın TGI kəməri ilə nəqli müqabilində «DEPA» şirkətini özəlləşdirməyi təklif edib

Yunanıstan Azərbaycana qazın TGI kəməri ilə nəqli müqabilində «DEPA» şirkətini özəlləşdirməyi təklif edib
# 24 oktyabr 2011 11:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinu bildirib.

Onun sözlərinə görə, bu seçimi dəstəkləmək üçün Yunanıstan hökuməti bəzi addımlara hazırdır: «Bir vacib amil də var ki, Yunanıstan hökuməti müxtəlif addımlara hazırdır. Yəni, layihə çərçivəsində müəyyən investisiyaların qoyulmasının mümkünlüyünü də qeyd etmək istəyirəm».

Nazir dəqiqləşdirib ki, əgər «Şahdəniz» konsorsiumu TGI layihəsi ilə bağlı müsbət qərar qəbul edərsə, ARDNŞ həm TGI kəmərinin müəyyən hissələrinin inşasında, həm də «DEPA»nın özəlləşdirilməsində iştirak edə bilər: «Bu imkanlardan biri ARDNŞ-in özəlləşdirmədə və ya kəmərin çəkilişində iştirak etməsi və kəmərdə pay alması imkanları ilə ğbağlıdır. Bundan başqa, ARDNŞ Yunanıstan ilə İtaliya arasındakı kəmərin çəkilişində də iştirak edərək burada pay ala bilər. Biz bütün bu imkanları Azərbaycan tərəfinə təklif edə bilərik».

ARDNŞ-in özəlləşdirmədə iştirakına gəlincə nazir dəqiqləşdirib ki, söhbət «DEPA» və digər yunan şirkətin özəlləşdirilməsindən gedir: «Ümumiyyətlə, Azərbaycan tərəfinə həm «DEPA»nın özəlləşdirilməsini, həm də layihə çərçivəsində tikiləcək infrastrukturların özəlləşdirməsini təklif edərdim. Eyni zamanda, ARDNŞ kəmərlərin tikintisi üzrə ixtisaslaşan «Despa» şirkətinin özəlləşdirilməsində iştirak edə bilər. Bu şirkətin də özəlləşdirilməsi artıq gündəmdədir».

C.Papakonstantinu əlavə edib ki, «DEPA» şirkəti artıq Yunanıstan-İtaliya boru kəmərinin tikintisində 50% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR