Bank Of Baku

Sabah Azərbaycan və Türkiyə arasında qazın ixracı ilə bağlı yeni müqavilə imzalanacaq

Sabah Azərbaycan və Türkiyə arasında qazın ixracı ilə bağlı yeni müqavilə imzalanacaq
# 24 oktyabr 2011 14:15 (UTC +04:00)
Bu barədə «APA-ECONOMICS»ə Avropanın neft-qaz dairələrindən bildirilib.

Qeyd edək ki, oktyabrın 25-də Türkiyənin Əliağa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyası ilə tikilən neft emalı zavodunun təməlqoyma mərasimi keçiriləcək. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev təməlqoyma mərasimi çərçivəsində qaz tranzit müqaviləsinin imzalanacağını da istisna etməyib.

Yunanıstanın «DEPA» şirkətinin rəhbərliyi isə Azərbaycanla Türkiyə arasında imzalanması gözlənilən müqavilənin qazın Avropaya nəqli baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. «Bu müqavilənin imzalanması burada müəyyən olunacaq həcmdə qazın artıq yekun bazarlara çıxarılması ilə bağlı bir çox məsələlərə təsirini göstərəcək», - deyə «DEPA» şirkətinin prezidenti Harris Sacinis qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR