Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri yunanıstanlı həmkarını qəbul edib

Azərbaycanın sənaye və energetika naziri yunanıstanlı həmkarını qəbul edib
# 24 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişiklikləri naziri Corc Papakonstantinunu qəbul edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında energetika məsələləri, bu sahədə ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Qonaq Yunanıstanın Azərbaycan qazının idxalında maraqlı olduğunu bildirib və Azərbaycanla Türkiyə arasında qaz tranziti məsələsinin tezliklə razılaşmasının arzu etdiyini və bununla da Yunanıstanın Azərbaycan qazını ala biləcəyini vurğulaıb.

C.Papakonstantinu həmçinin Azərbaycanı Yunanıstanın «DEPA» şirkətinin özəlləşdirilməsi prosesində iştirak etməyə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR