Bank Of Baku

BP şirkətinin gəlirləri üç dəfə artıb

BP şirkətinin gəlirləri üç dəfə artıb
# 25 oktyabr 2011 09:00 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. BP şirkəti cari ilin üçüncü rübündə gəlirlərinin kəskin şəkildə artdığını açıqlayıb.

APA-Economics”İn şirkətin açıqlamasına istinadən verdiyi xəbərinə görə, bu dövrdə enerji nəhənginin gəliri 5,14 mlrd. dollara yüksəlib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Bunu şirkət üçün “dönüş nöqtəsi” kimi dəyərləndirən BP-nin icraçı direktoru Bob Dadli vurğulayıb ki, indi şirkətdə “daha ciddi əminlik hissi” yaranıb.

Xatırladaq ki, ötən il Meksika körfəzində baş verən qəzadan sonra BP böyük itkilərlə üzləşib. Hətta şirkətin rəqibləri tərəfindən satın alına biləcəyi ehtimalı da ortaya çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR