Bank Of Baku

Yaxın 4 ildə Azərbaycanda qaz hasilatı 16% artacaq

Yaxın 4 ildə Azərbaycanda qaz hasilatı 16% artacaq
# 25 oktyabr 2011 09:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinə baxılmaq üçün təqdim edilən 2012-ci il dövlət büdcəsi layihəsində əks olunub.

Proqnozlara əsasən, 2012-ci ildə ölkədə qaz hasilatının 28,280 mlrd. kubmetrə, 2013-cü ildə 29,220 mlrd. kubmetrə, 2014-cü ildə 29,540 mlrd. kubmetrə çatacağı, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Göründüyü kimi, 2015-ci ildə ölkədə qaz hasilatının 2011-ci ilə nisbətən 16% artacağı proqnozlaşdırılır. Orta illik artım tempi isə 4% olacaq.

Onu da qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 19,4 mlrd. kubmetr və ya ötən ilin analoji dövrünə nisbətən 3% az təbii qaz hasil olunub.

Qeyd edək ki, «Şahdəniz» layihəsinin II fazasının işlənməsindən sonra (2017-ci il) illik qaz hasilatının 40 mlrd. kubmetrə, 2020-ci ildən sonra isə 50-60 mlrd. kubmetrə çatacağı gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,550 trln. kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR