Bank Of Baku

Avropa İttifaqı “Cənub dəhlizi”nə xüsusi status verməkdən imtina edib

Avropa İttifaqı “Cənub dəhlizi”nə xüsusi status verməkdən imtina edib
# 25 oktyabr 2011 13:18 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı (Aİ) Rusiyanın “Qazprom” şirkətinin “Cənub dəhlizi” qaz kəmərinə xüsusi hüquqi status verilməsi barədə təklifini rədd edib.

APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, xüsusi status olmadan magistral qaz kəməri üçüncü ölkələr tərəfindən qaz nəqli üçün istifadə oluna bilər.

“Cənub dəhlizi”nin rəqibləri - Transadriatik (TAP) qaz kəməri və “Nabucco” artıq üçüncü şəxslərə çıxış imkanı verməmək hüququ əldə ediblər. Aİ-nin imtinasından sonra “Qazprom”un daha bir şansı qalır - kəmərin keçdiyi hər bir ölkə ilə onun xüsusi statusa layiq olması barədə razılığa gəlmək. Lakin bu halda belə yekun qərarı Avropa Komissiyası verəcək.

Qeyd edək ki, hələ tikintisinə başlanmayan “Cənub dəhlizi” qaz kəmərini 2015-ci ildə başa çatdırmaq nəzərdə tutulur. Kəmərin buraxılış gücü 63 mlrd. kubmetr, dəyəri 15,5 mlrd. avro olacaq. Layihənin iştirakçıları “Qazprom”, “Eni” (İtaliya), EDF (Fransa) və “Wintershall” (Almaniya) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR