Bank Of Baku

Səfir: Azərbaycan bu il Ukraynaya 2 mln. ton neft nəql edəcək

Səfir: Azərbaycan bu il Ukraynaya 2 mln. ton neft nəql edəcək
# 25 oktyabr 2011 15:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu il Azərbaycan Ukraynaya 2 mln. ton neft nəql edəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna KİV-nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynaya neft nəqlini ildən-ilə artırır. Bundan başqa, neft məhsullarının ixracının həcmi də artır: “Azərbaycan Dövlət Neft Şirkəti isə Ukraynadakı yanacaqdoldurma məntəqələrinin sayını iki dəfə artırmaq niyyətindədir”.

Səfir qeyd edib ki, ARDNŞ hazırda Ukraynada 17 yanacaqdoldurma məntəqəsinə malikdir. İlin sonuna qədər onların sayını 40-a çatdırmaq planlaşdırılır: “Kiyevdə ARDNŞ-ın yanacaqdoldurma məntəqələri var, tezliklə Lvov, Odessa və Nikolayev şəhərlərində də açılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR