Bank Of Baku

Yunanıstan ARDNŞ-ı DEPA-nın özəlləşdirilməsində iştirak etməyə çağırır

Yunanıstan ARDNŞ-ı DEPA-nın özəlləşdirilməsində iştirak etməyə çağırır
# 26 oktyabr 2011 06:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Yunanıstan Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) bu ölkənin DEPA şirkətinin özəlləşdirməsində iştirak etməyə dəvət edib.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə DEPA şirkətinin Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinu və DEPA-nın icraçı direktoru Harri Saçinisin Bakıya səfəri ilə bağlı yaydığı məlumatda deyilir.

Bildirilir ki, DEPA-nın özəlləşdirilməsi noyabr ayında başlayır: «DEPA-nın özəlləşdirilməsi prosesi noyabrda başlayacaq və ARDNŞ burda iştirak etsə, biz şad olacağıq». Şirkətin məlumatına görə, ARDNŞ ya bilavasitə ITGI (Türkiyə-Yunanıstan-İtaliya) boru kəmərində, ya da DEPA-da paya sahib ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR