Bank Of Baku

TAP layihəsinin icraçı direktoru: “Qarşıdakı illərdə Cənub-Şərqi Avropa ölkələrində enerji daşıyıcılarına tələbat artacaq”

TAP layihəsinin icraçı direktoru: “Qarşıdakı illərdə Cənub-Şərqi Avropa ölkələrində enerji daşıyıcılarına tələbat artacaq”
# 27 oktyabr 2011 15:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Transadriatik boru kəməri (TAP) layihəsi Azərbaycanın “Şahdəniz” yatağından və digər Xəzəryanı mənbələrdən hasil olunan qazın Avropaya nəqlini texniki cəhətdən etibarlı, rentabelli və kommersiya tələblərinə cavab verən şəkildə həyata keçirə biləcək yeganə marşrutdur. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə TAP layihəsinin icraçı direktoru Kjetil Tungland bu gün Brüsseldə Cənub-Şərqi Avropada iqtisadi artım və qaza tələbat mövzusuna həsr olunmuş birinci forumda çıxışında bildirib.

«Şahdəniz» konsorsiumu müvafiq qərar qəbul etdikdən sonra TAP-ın reallaşması və Cənub-Şərqi Avropa ölkələrinin İonik və Adriatik boru kəmərlərinə qoşulması tezliklə reallaşa bilər» - deyə K.Tungland qeyd edib.

Tədbirdə bildirilib ki, ildə 2%-5% təşkil edən davamlı iqtisadi artımla əlaqədar olaraq qarşıdakı illərdə Cənub-Şərqi Avropa ölkələrində enerji daşıyıcılarına tələbat artacaq: “Bu ölkələrin Avropa İttifaqına qoşulmaq cəhdləri ilə əlaqədar onlar ekoloji cəhətdən balanslaşdırılmış enerji portfelinə malik olmalıdırlar ki, bu da qazı mühüm enerji mənbəyinə çevirir”.

K.Tungland bildirib ki, Cənub-Şərqi Avropanın Xəzər qazına qoşulması regionun enerji mənbələrinin şaxələnməsinə və əsl ümumavropa qaz bazarının yaranmasına səbəb olacaq: «Ötən il TAP bu təşəbbüslə bağlı konkret addımlar atıb, o cümlədən İonik və Adriatik boru kəmərləri, «Plinacro», «BH-Gas» və «Geoplin Plinovodi» şirkətləri, eləcə də Albaniya və Monteneqronun müvafiq orqanları ilə müqavilələr bağlanıb».

Xorvatiyanın qaz sisteminin operatoru «Plinacro» şirkətinin prezidenti Jerko Eliç-Balta isə bildirib ki, TAP layihəsi Cənub qaz dəhlizində ən hazırlıqlı layihədir: “Buna görə də «Plinacro» məhz bu layihə ilə əməkdaşlıq etmək niyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR