Bank Of Baku

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə azalıb

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə azalıb
# 28 oktyabr 2011 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 35,4 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 5,1% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,2%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə 26,9 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu göstərici 6% azalıb. Cari ilin ilk 9 ayı ərzində həmçinin gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,5 mln. ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 13,8 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu göstərici 5% artıb. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisli-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 3,3 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən 24,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR