Bank Of Baku

Taner Yıldız: “Azərbaycanla imzalanan sazişlərlə BOTAŞ-ı xilas etdik”

Taner Yıldız: “Azərbaycanla imzalanan sazişlərlə BOTAŞ-ı xilas etdik”
# 29 oktyabr 2011 11:42 (UTC +04:00)
Bakı – APA. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycanla imzalanan qaz sazişləri çərçivəsində Bakı-Tiflis-Ceyhan (BTC) boru xəttinin Türkiyədən keçən hissəsinin operatoru olan “BOTAŞ İnternational Limited” (BİL) şirkətini zərərdən qurtardıqlarını açıqlayıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, T. Yıldız bri qrup jurnalistlə söhbətində bildirib ki, “BTC Co.” Ankaranın BOTAŞ-ın ucuz təbii qazla təmin olunması və boru kəmərinin fəaliyyət göstərdiyi dövrdə Türkiyə şirkətinin məruz qaldığı 100 milyon dollar məbləğində zərərin kompensasiya edilməsi barədə istəklərini qəbul edib.

Nazir Azərbaycanla enerji sahəsində 6 saziş imzalandığını xatırladaraq bu sənədlərdən birinin BOTAŞ-la bağlı olduğunu söyləyib. O, BOTAŞ-ın indiyə qədər BTC-nin Türkiyə hissəsinin istismarı üçün gərəkli olan təbii qazın hər 1000 kubmetrinə 550 dollar ödədiyini, lakin yeni anlaşmaya əsasən eyni məqsəd üçün bundan sonra bazar qiymətlərinin çox altında bir qiymətə təbii qaz alacaqlarını açıqlayıb. (“Habertürk”ün xəbərinə görə, BOTAŞ BTC üçün alacağı təbii qazın hər 1000 kubmetrinə bundan sonra 50-55 dollar ödəyəcək).

T. Yıldız BOTAŞ-ın məruz qaldığı 100 milyon dollarlıq zərərin də “BTC Co.” tərəfindən 2 il ərzində ödənəcəyini vurğulayıb. Nazir BTC boru kəmərinin 2042-ci ilə qədər istismar olunacağını qeyd edərək deyib ki, əvvəlki razılaşmalara əsasən BOTAŞ bu müddətin yekununda 1 milyard dollarlıq itkiyə məruz qalacaqdı, yeni razılaşmalara əsasən isə 2042-ci ilə qədər 3,7 milyard dollar gəlir götürəcək: “Bundan başqa, kəmərin reabilitasiyası üçün lazım olacaq 250 milyon dollarlıq xərc də bizdən çıxmayacaq”.

Qeyd edək ki, BTC-də BP 31,10%, ARDNŞ 25%, “Chevron” 8,9%, “Statoil” 8,71%, TPAO (Türkiyə) 6,53%, “Eni” 5%, “Total” 5%, “İtochu” 3,40%, “Conoco Philips” 2,50%, “Hess” 2,33% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR