Bank Of Baku

Azərbaycan alternativ enerji sahəsində investisiya layihələri həyata keçirməyə hazırlaşır

Azərbaycan alternativ enerji sahəsində investisiya layihələri həyata keçirməyə hazırlaşır
# 31 oktyabr 2011 07:34 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Alternativ və Bərpa Olunan Enerji Məsələləri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda bu layihələrin seçimi aparılır: “Mütəxəssislər bir neçə çay üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı hesablamalar aparmaqla məşğuldurlar. Bu işlərin nəticəsi olaraq 1 MVt gücü olan kiçik SES-in tikintisi layihəsi seçiləcək və bu layihə üzrə agentlik tərəfindən müsabiqə elan olunacaq. Belə layihələrin cəlbediciliyini artırmaq üçün onlara ayrıca enerji tarifinin tətbiq edilməsi və ya digər həvəsləndirici tədbirlər gözlənilmir. Beynəlxalq qurumların bu layihədə qrant şəklində iştirakı ən böyük dəstəkdir”.

C.Məlikov qeyd edib ki, ümumilikdə hazırda ölkə üzrə 11 kiçik SES üzərində tikinti işlərinə hazırlıq gedir: “Bunların gücü 0,5-3MVt arasında olacaq. Belə stansiyalarda 1 MVT güc yaratmaq üçün 2 mln. manat sərf olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR