Bank Of Baku

“Günəşli” yatağında bədbəxt hadisə baş verib, iki neftçi dünyasını dəyişib

“Günəşli” yatağında bədbəxt hadisə baş verib, iki neftçi dünyasını dəyişib
# 31 oktyabr 2011 09:35 (UTC +04:00)
«APA-ECONOMICS»in xəbərinə görə, açıqlamada bildirilir ki, bədbəxt hadisə oktyabrın 29-da “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı baş verib. Nəticədə NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən dünyasını dəyişib.

Məlumata görə, əsaslı təmir işləri NQÇİ-nin əməkçiləri tərəfindən aparılan gündəlik istehsalat proseslərindəndir və bu proseslər zamanı riayət olunmalı əməyin mühafizəsi qaydaları işçilərə yaxşı məlumdur: “İlkin araşdırmalar göstərir ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən N.Gözəlov və F.Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə ediblər. Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılıb. Hadisənin səbəbləri araşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR