Bank Of Baku

Bakıda bərpa olunan enerji sektorunun inkişafına maneələr müzakirə edilir

Bakıda bərpa olunan enerji sektorunun inkişafına maneələr müzakirə edilir
# 31 oktyabr 2011 10:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu gün Bakıda bərpa olunan enerji mənbələri üzrə konfrans və praktiki seminar işə başlayıb.

APA-Economics”in xəbərinə görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Norveç hökumətinin dəstəyi ilə keçirilən tədbirdə əsas məqsəd Azərbaycanda alternativ və bərpa olunan enerjinin inkişafı yolları barədə müzakirələr aparmaqdır. Tədbirdə bərpa olunan enerji hasilatı barədə məlumatlılığın artırılması, bu sahədə layihələrin inkişafı üçün maneələrin aradan qaldırılması üzərində işlər aparılması nəzərdə tutulur.

Tədbir təşkilatçılarının sözlərinə görə, bərpa olunan enerji sektorunun inkişafında əsas maneələrdən biri bu sahədə mövcud texnologiyalar, siyasət və maliyyə alətləri barədə əhalinin və potensial investorların məlumatsızlığıdır. Bu sahənin inkişafına digər maneə layihələrin inkişafını stimullaşdırmayan qeyri-qənaətbəxş tənzimləyici və ekoloji bazadır. Bundan başqa, bərpa olunan enerji sektorunun inkişafına maliyyə problemləri də mane olur - belə layihələrin həyata keçirilməsi üçün məqsədli maliyyə mənbələri çatışmır. Nəhayət, sonuncu maneə bu sahədə istehsalat texnologiyalarının məhdudluğudur.

Seminar bu maneələrin aradan qaldırılmasına, eləcə də maraqlı tərəflərin siyasət, bazar stimulları, texnoloji metodlar sahəsində məlumatının artırılmasına xidmət edir. Tədbirdə bu sahədə ən yaxşı Avropa təcrübələri və Azərbaycanda son illər bərpa olunan enerji sektorunun inkişafına dair nümunələr təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR