Bank Of Baku

Bərpa olunan enerji sektoruna dövlət subsidiyasının ayrılması təklif olunur

Bərpa olunan enerji sektoruna dövlət subsidiyasının ayrılması təklif olunur
# 31 oktyabr 2011 10:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycanda bərpa olunan enerji sektorunu inkişafı üçün bu sahəyə dövlət subsidiyasının ayrılması təklif olunur.

Avropa İttifaqının Bakı nümayəndəliyinin əməliyyat seksiyasının rəhbəri Federiko Berna «APA-ECONOMICS»ə bildirib ki, ölkədə bərpa olunan enerji sektorunun inkişafı üçün digər işlərlə yanaşı, bu sahədə düzgün biznes mühiti və tarif şərtləri yaradılmalıdır: «Alternativ üsullarla istehsal olunan enerji rəqabətə davamlı qiymətə satılmasa, bu sahəyə investisiya cəlb etmək çətin olacaq. Özəl sektora bərpa olunan üsulla istehsal edəcəkləri enerjini şəbəkəyə və neçəyə sata biləcəklərini bilmək çox vacibdir. Onların bu sahəyə investisiya yatırmaları da bundan asılı olacaq».

Alternativ yolla istehsal olunan enerjinin rəqabətə davamlı qiymətinə necə nail olunmasına gəlincə, F.Berna bildirib ki, istənilən ölkədə başlanğıcda hökumət bu sahəyə təkan vermək üçün subsidiya ayırır. Sonra isə bunun necə davam ediləcəyi dövlət tərəfindən qəbul olunacaq qərardan asılı olur. Ekspertin sözlərinə görə, bu sahənin tənzimlənməsi ilə bağlı bütün məsələlər qanunvericilikdə əksini tapmalıdır ki, maraqlı tərəflərin hamısı bundan xəbərdar olsun.

F.Bernanın sözlərinə görə, hazırda alternativ və bərpa olunan enerji sektoruna bütün dünyada, o cümlədən Avropada böyük vəsaitlər qoyulmaqdadır. Bunun Azərbaycanda da baş verməsi üçün tənzimləyici çərçivə yaradılmalıdır. Hazırda hökumətin bu sahədə həm qanunvericilik, həm də strategiya üzərində işlədiyini bildirən ekspertin sözlərinə görə, bu prosesə Avropa Birliyi də dəstək verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR