Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını 11-ə çatdırıb

Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını 11-ə çatdırıb
# 01 noyabr 2011 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Rumıniyanın Botoşani şəhərində «SOCAR» brendi ilə fəaliyyət göstərəcək bir necə yanacaqdoldurma məntəqəsinin rəsmi acılış mərasimi keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu məntəqələr Avropa İttifaqında ARDNŞ-in ilk investisiya layihələri çərçivəsində yenidən tikilib və təmir olunub, rebrendinq edilib. Avropa standartlarına cavab verən yanacaqdoldurma məntəqələri Rumıniyanın strateji əhəmiyyət daşıyan və Moldova və Ukrayna ilə həmsərhəd olan şimal bölgəsində - Botoşani, Suçeava, İaşi və Neamt vilayətlərində yerləşir. Botoşani vilayətinin Botoşani şəhərinin İndependentei, Mihai Eminescu küçələrində, Rachiti, Trusesti bölgələrində, Suceava vilayətinin Gura Humorului, Campulung Moldovenesc, Pojorita, Argestru, Rosu bölgələrində, İaşi vlayətinin İaşi şəhərində və Neamt vilayətinin Grinties bölgəsində ümumilikdə 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bu yanacaqdoldurma məntəqələrində ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano DT (dizel yanacağı) növlərinin də satışı həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR