Bank Of Baku

Belçika 2025-ci ildə atom enerjisindən imtina edəcək

Belçika 2025-ci ildə atom enerjisindən imtina edəcək
# 01 noyabr 2011 08:36 (UTC +04:00)
Bakı - APA-Economics. Belçika 2025-ci ilə qədər atom elektrik stansiyalarının (AES) istismarından imtina edəcək.

APA-Economics”in “Deutsche Welle”yə istinadən xəbərinə görə, bu barədə ölkənin koalision hökumət yaratmaq barədə danışıqlar aparan partiyaları razılıq əldə edib.

Xəbəri təsdiqləyən Nazirlər Kabinetinin sözçüsü qeyd edib ki, bununla bağlı yekun qərar qəbul etməzdən öncə elektrik enerjisinin digər mənbələrdən əlverişli qiymətlərlə alınması imkanları öyrənilməlidir: “Əgər 2015-ci ilə qədər bu cür alternativlər tapılsa, o zaman ölkədəki 3 köhnə atom reaktorunun fəaliyyəti dayandırılacaq”.

Qeyd edək ki, Belçika 2 AES-də 7 atom reaktoruna malikdir. Bu ilin martında Yaponiyadakı “Fukusima” AES-də baş verən fəlakətdən sonra İsveçrə və Almaniya atom enerjisindən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR