Bank Of Baku

Azərbaycanda tikinti materiallarının istehsalı 38% azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı 38% azalıb
# 01 noyabr 2011 08:55 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri tərəfindən 1 036,4 min ton sement, 80,2 min ton tikinti gipsi, 830,6 min ton hörmə üçün hazır beton qarışığı, 25,7 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 276,7 min ton asfalt və 169,4 min kubmetr tikinti kərpici istehsal edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə sement istehsalı 6,9%, tikinti gipsi 3,2 dəfə, hörmə üçün hazır beton qarışığı 15,6% artıb, betondan yığma-tikinti konstruksiyaları 22,8%, asfalt 43,7%, tikinti kərpici isə 19,8% azalıb.

Qeyd edək ki, 2011-ci il oktyabrın 1-nə müəssisələrin anbarlarında 9,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,4%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR