Bank Of Baku

Bakıda sənaye təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda sənaye təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 01 noyabr 2011 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 21-22-də Bakıda «Yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi: dənizdə və quruda neftin daşması – problem və həll» mövzusunda I Beynəlxalq Xəzər-Qara dəniz Konfransı keçiriləcək.

«APA-Economics»in məlumatına görə, konfrans Fövqəladə Hallar Nazirliyi və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubun dəstəyi ilə neft və qaz sahəsində konsaltinq xidmətləri təqdim edən Böyük Britaniyanın «Confidence Capital» şirkəti tərəfindən təşkil olunacaq.

Konfransın əsas mövzuları sırasında neft və qaz sənayesində texnoloji və ekoloji təhlükəsizlik üzrə yeni texnologiyalar. Həmçinin, bu məsələlərin neft və qaz hasilatı, dəniz neft-qaz sənayesi, neft və qazın emalı, karbohidrogenlərin saxlanması və nəql edilməsi, habelə neft-kimya proseslərində rolu müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR