Bank Of Baku

Bakıda “Milli neft strategiyasında Azərbaycan Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

Bakıda “Milli neft strategiyasında Azərbaycan Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfrans keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2011 07:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Fondunun təşkilatçılığı ilə “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfrans keçirilib.

APA-Economics”in xəbərinə görə, müstəqilliyin 20 illiyinə həsr olunmuş konfransda «Dövlət Neft Fondu mili neft strategiyasının ayrılmaz hissəsi kimi», «Dövlət Neft Fondunun investisiya siyasəti: əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər», «Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr», «Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış» mövzuları müzakirə olunub.

Konfransda Azərbaycan hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların və neft-qaz sektorunda işləyən şirkətlərin, QHT-lərin nümayəndələri və müstəqil ekspertlər iştirak edib.

Qeyd edək ki, 2011-ci il oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun aktivləri cari ilin əvvəlinə nisbətən 41,6% artaraq 32 242,5 mln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR