Bank Of Baku

Elşad Nəsirov: «Azərbaycan qazının Avropaya nəqli üçün ən optimal nəql marşrutunu seçməliyik»

Elşad Nəsirov: «Azərbaycan qazının Avropaya nəqli üçün ən optimal nəql marşrutunu seçməliyik»
# 02 noyabr 2011 07:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

E.Nəsirovun sözlərinə görə, bundan 6,6 mlrd. kubmetr Türkiyəyə, 1,5 mlrd. Gürcüstana, 400 mln. kubmetr İrana, 750 mln. kubmetr Yunanıstana ixrac olunur. Həmçinin, Azərbaycan Rusiyaya qaz nəql edir.

«Azərbaycan qazının Avropaya nəqli üçün Bakı-Ceyhan neft kəmərində olduğu kimi, ən optimal nəql marşrutunu seçməliyik. Söhbət təkcə «Şahdəniz» deyil, Azərbaycanın digər yataqlarından çıxarılan qazdan da gedir», - deyə E.Nəsirov vurğulayıb.

Bir qədər əvvəl Azərbaycanla Türkiyə arasında bağlanan müqaviləyə toxunan ARDNŞ rəsmisi bildirib ki, yeni sazişə görə, Türkiyə Azərbaycandan ildə 6,6 mlrd. kubmetr qaz alacaq. Çərçivə tranzit sazişinə görə isə, Türkiyə ərazisində istifadə olunmaqla 10 mlrd. kubmetr həcmində Azərbaycan qazı Avropaya nəql olunacaq.

Müqaviləyə əsasən, Azərbaycan tərəfi yaradılacaq konsorsiumla birlikdə yeni qaz kəmərinin tikilməsi variantını nəzərdən keçirəcək. Bu kəmər Türkiyənin şərqindən qərbinə uzanacaq: «Bir neçə variant var. Onların birini seçib kəməri tikmək olar».

E.Nəsirovun sözlərinə görə, Türkiyə ərazisi ilə qazı üç variantda nəql etmək olar: «Birincisi mövcud infrastrukturu təkmilləşdirmək, ikincisi «Nabucco», üçüncüsü Türkiyə ərazisi ilə yeni qaz kəmərini çəkməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR