Bank Of Baku

BP şirkəti Azərbaycandakı neft-qaz layihələrinə 33 mlrd. dollar sərmayə yatırıb

BP şirkəti Azərbaycandakı neft-qaz layihələrinə 33 mlrd. dollar sərmayə yatırıb
# 02 noyabr 2011 07:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «BP-Azerbaijan» şirkəti qarşıdakı illərdə Azərbaycanda qaz hasilatını ildə 23 mlrd. kubmetrə, neft hasilatını isə gündə 1,8 mln. barelə çatdırmaq niyyətindədir. Bu məqsədlə həyata keçirilən layihələrə 33 mlrd. dollar həcmində sərmayə yatırılıb. «APA-Economics»in məlumatına görə, bunu BP şirkətinin nümayəndəsi İan Suterland bildirib.

Onun sözlərinə görə, hazırda BP-nin Azərbaycandakı layihələrində 2300, xarici dövlətlərdə həyata keçirdiyi layihələrdə isə 30 azərbaycanlı çalışır.

Şirkət rəsmisi vurğulayıb ki, BP-nin hədəflərindən biri yerli şirkətlərlə sifariş əsasında ildə 1 mlrd. dollar həcmində iş görmək olub: «Bu bizim xərclərimizin 35%-ni təşkil edir. Biz buna hələ 2009-cu ildə nail olmuşuq. Yerli şirkətlərdən biri ilə hətta BP-dən 65 mln. dollardıq kontrakt bağlanıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR