Bank Of Baku

Azərbaycan daha bir beynəlxalq təşkilatın komitə üzvü seçilib

Azərbaycan daha bir beynəlxalq təşkilatın komitə üzvü seçilib
# 02 noyabr 2011 11:48 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Ali Şurası Maliyyə Komitəsinin üzvü seçilib. Bu barədə “APA-Economics”ə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanov məlumat verib.

Onun sözlərinə görə, Maliyyə Komitəsinə 155 ölkədən 6 ölkə üzv seçilib. IRENA Ali Şurasının 3 komitəsi fəaliyyət göstərir. Azərbaycan MDB dövlətləri arasında komitə üzvü seçilən yeganə ölkədir.

Qeyd edək ki, 2004-cü ildə yaradılan IRENA beynəlxalq təşkilat statusunu 4 aprel 2011-ci ildə qazanıb. Təşkilatın əsas məqsədi dünyanın gələcək enerjisi sayılan bərpa olunan enerjinin bütün formalarının IRENA üzvü olan ölkələrdə tətbiqi və davamlı istifadəsini təmin etməkdir. Azərbaycan 10 iyun 2009-cu ildən IRENA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR