Bank Of Baku

DEPA Azərbaycan qazının nəqlinə görə borcunun 57%-ni “Botaş” şirkətinə ödəyib

DEPA Azərbaycan qazının nəqlinə görə borcunun 57%-ni “Botaş” şirkətinə ödəyib
# 03 noyabr 2011 09:45 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Yunanıstanın DEPA şirkəti Azərbaycan qazının nəqlinə görə yaranmış borcunun 172 mln. dollarını Türkiyənin “Botaş” şirkətinə ödəyib.

APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu, ümumilikdə 300 mln. dollarlıq borcun bir hissəsidir. Yerdə qalan borcun faizi ilə bərabər 31 yanvar 2012-ci ilə kimi ödənəcəyi xəbər verilir.

Xatırladaq ki, bu il «Botaş» (Türkiyə) şirkəti Yunanıstanın Azərbaycandan Türkiyə üzərindən nəql olunan təbii qazın tranzitinə görə vəsaiti tam ödəmədiyinə görə İsveçrə Arbitraj Məhkəməsinə müraciət edib. Bu borcun (təxminən 300 mln. dollar) ixrac olunan qazın qiymətinin artması nəticəsində yarandığı bildirilir, Yunanıstan tərəfi (DEPA şirkəti) isə borcu ödəməkdən imtina edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR