Bank Of Baku

«Azəriqaz» və «E.ON Ruhrgas AG» arasında müqavilə imzalanıb

«Azəriqaz» və «E.ON Ruhrgas AG» arasında müqavilə imzalanıb
# 03 noyabr 2011 15:10 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, «E.ON Ruhrgas» şirkəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında qaz itkisinin qarşısının alınması və minimuma endirilməsi, habelə əhalinin artımı və sənayenin davamlı inkişafı nəticəsində gələcəkdə daha da yüksələcək qaz tələbatını ödəmək üçün mövcud qaz təchizatı şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenidən qurulmasını həyata keçirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.

Texniki-iqtisadi əsaslandırmanın hazırlanması layihəsi Almaniya və digər Qərb ölkələrinin qaz sənayesində qəbul edilmiş və istifadə olunan norma və standartlarına uyğun şəkildə icra ediləcək. Müqaviləyə əsasən, layihənin 6 ay ərzində tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, təbii qazın alqı-satqısı ilə məşğul olan «E.ON Ruhrgas» Avropanın ən böyük şirkətlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR