Bank Of Baku

Azərbaycanda təbii qazdan istifadə zaman baş verən bədbəxt hadisələrin sayı 30-40% azalıb

Azərbaycanda təbii qazdan istifadə zaman baş verən bədbəxt hadisələrin sayı 30-40% azalıb
# 04 noyabr 2011 11:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda təbii qazdan istifadə zaman baş verən bədbəxt hadisələrin sayı ötən ilə nisbətən 30-40% azalıb. Bu barədə «Azəriqaz» İB-nin təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev bildirib.

Qəzaların və bunun nəticəsində həlak olanların sayının hələ dəqiqləşdirildiyini deyən şöbə rəisinin sözlərinə görə, bu hadisələrin hamısı abunəçilərin qazdan təhlükəsiz istifadə qaydalarına əməl etməməsi, məsuliyyətsizlik və laqeydlik nəticəsində baş verib. Belə hallara standartlara uyğun olmayan qaz cihazlarından istifadə, mənzilin layihəsinin özbaşına dəyişdirilərək qaz cihazlarının qurulması, onların düzgün yerləşdirilməməsi və s. aiddir.

Payız qış-mövsümünün gəlişi ilə əlaqədar olaraq İB qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına necə əməl olunduğuna nəzarəti gücləndirib. Rayon icra hakimiyyətləri ilə birlikdə yaradılan komissiyalar fərdi evlərdə və mənzillərdə istifadə olunan qaz cihazlarının standartlara uyğunluğunu araşdırır, tələblərə cavab verməyən cihazların olduğu mənzillərin qaz təminatı dayandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR