Bank Of Baku

Argentina Azərbaycanı Atlantik okeanında neft hasil etməyə dəvət edib

Argentina Azərbaycanı Atlantik okeanında neft hasil etməyə dəvət edib
# 04 noyabr 2011 12:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Argentinanın elm, texnologiya və produktik innovasiyalar naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin “APA-Economics”ə verdiyi məlumata görə, görüşdə iki ölkə arasında neft-qaz, energetika və sənayenin digər sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub, nazirlər ölkələrinin potensial imkanları barədə məlumat mübadiləsi ediblər.

Argentinalı nazir neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı işində Azərbaycanın zəngin təcrübəyə malik olmasından xəbərdar olduğunu bildirib və qeyd edib ki, ölkəsi də, Atlantik okeanında neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğuldur və yeni yataqların kəşfiyyatı sahəsində işlər görür: “O, Azərbaycanın neftçıxarma sahəsində zəngin təcrübəsini nəzərə alaraq qeyd etdi ki, Atlantik okeanındakı neft-qaz yataqlarının işlənməsində Azərbaycanla birlikdə əməkdaşlıq edə bilər».

Görüşdə alternativ energetika sahəsində əməkdaşlıq da müzakirə olunub. Natiq Əliyev Azərbaycanın bu sahədə potensialı və təcrübəsi barədə məlumat verərək bildirib ki, bu yaxınlarda Qobustanda hibrid tipli elektrik stansiyası inşa edilib. Azərbaycanın artıq bu sahədə yeni texnologiyaları mənimsədiyini bildirən nazir deyib ki, zərurət olarsa, Azərbaycan belə qurğuları Argentinada da inşa edə bilər.

Görüşdə əməkdaşlıq və birgə fəaliyyətin qurulması üçün nazirliklər arasında sazişin hazırlanması da təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR