Bank Of Baku

ARDNŞ prezidenti Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

ARDNŞ prezidenti Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
# 05 noyabr 2011 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Piter Beytmanla görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə BP şirkəti ilə ARDNŞ arasında uzunmüddətli faydalı əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə verdiyini qeyd edən R.Abdullayev həyata keçirilən birgə layihələr, xüsusən «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri üzrə işlərin uğurla davam etdiyini bildirib, BP ilə əməkdaşlığın genişləndirilməsi üçün perspektivləri yüksək qiymətləndirib.

Azərbaycan neft sənayesində baş verən yeniliklər haqda qonağa ətraflı məlumat verən ARDNŞ prezidenti son dövrdə iki qaz-kondensat yatağının kəşf olunduğunu vurğulayıb, «Ümid» və «Abşeron» yataqlarında axtarış-kəşfiyyat işlərinin uğurla davam etdirilməsindən danışıb.

Səfir isə öz növbəsində Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq qurulduğunu söyləyərək, bu münasibətlərin daha da dərinləşəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR