Bank Of Baku

ARDNŞ: Azərbaycan qazının Türkiyəyə ixracı üçün tikiləcək kəmərin ötürmə gücü ən azı 16 milyard kubmetr olacaq

ARDNŞ: Azərbaycan qazının Türkiyəyə ixracı üçün tikiləcək kəmərin ötürmə gücü ən azı 16 milyard kubmetr olacaq
# 05 noyabr 2011 10:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə qazın həcminin artırlması üçün iki varianta baxılır ki, bunlardan biri yeni qaz kəmərinin tikintisi, digəri isə mövcud kəmərin genişləndirilməsidir: «Yeni kəmərin tikintisinə «Şahdəniz» konsorsiumunun bir neçə şirkəti də qoşula bilər. Ümumiyyətlə, kəmərin tikintisi texniki-iqtisadi əsaslandırmadan asılı olacaq. Yeni kəmərin illik ötürmə gücünün ən azı 16 mlrd. kubmetr olacağı gözlənilir».

V.Əliyev onu da bildirib ki, yeni kəmərin tikintisi Azərbaycan qazının Avropaya çatdırılması üçün təklif olunan digər layihələrə zidd deyil.

Qeyd edək ki, kəmər Türkiyənin şərq sərhədlərindən – Gürcüstanla sərhəddən Türkiyənin Bolnqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR