Bank Of Baku

Gələn il Azəri-Çıraq-Günəşli yataqlarının altındakı qaz layların işlənməsinə dair müqavilələr imzalanacaq

Gələn il Azəri-Çıraq-Günəşli yataqlarının altındakı qaz layların işlənməsinə dair  müqavilələr imzalanacaq
# 05 noyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin əvvəlində Azəri-Çıraq-Günəşli (AÇG) strukturunun yerləşdiyi ərazidə daha dərin qatlarda mövcud olan qaz yataqları üzrə müqavilələrin bağlanması gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin I rübünün sonunda AÇG konsorsiumuna daxil olan şirkətlərlə ARDNŞ arasında AÇG ərazisində yerləşən dərin laylardakı qaz yataqlarının işlənməsi üzrə risk servis kontraktının imzalanacağı gözlənilir.

Qeyd edək ki, AÇG layihəsinin Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları «BP-Azerbaijan» (operator – 34,1%), «Shevron» (10,2%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (10%), İNPEKS (10%), «StatoilHydro» (8,6%), «ExsonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «İtoçu» (3,9%) və «Hess» (2,7%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR