Bank Of Baku

Rövnəq Abdullayev: “Gələn ilin sonuna qədər bütün sərhədyanı rayonlar və cəbhə boyu bütün yaşayış məntəqələri qazlaşdırılacaq”

Rövnəq Abdullayev: “Gələn ilin sonuna qədər bütün sərhədyanı rayonlar və cəbhə boyu bütün yaşayış məntəqələri qazlaşdırılacaq”
# 09 noyabr 2011 14:39 (UTC +04:00)
Naftalan-Goranboy. Teymur Zahidoğlu - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Naftalan şəhərində səfərdə olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, R. Abdullayev “Azəriqaz” İstehsalat Birliyi Naftalan Qaz İstismar Sahəsinin yeni binasının açılış mərasimində iştirak edib. ARDNŞ prezidenti daha sonra Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin və bir neçə ətraf yaşayış məntəqəsinin mavi yanacaqla təmin edilməsi münasibətilə təşkil edilən yığıncağa qatılıb və məşələ od vurub. R. Abdullayev Tapqaraqoyunlu kənd orta məktəbinin Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına əsaslı şəkildə təmirdən çıxması münasibətilə rəmzi qırmızı lenti kəsib.

R. Abdullayev jurnalistlərə bildirib ki, ölkə rəhbərinin tapşırığına əsasən bütün sərhədyanı rayonlar və cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrinin hamısı gələn ilin sonlarına qədər təbii qazla təmin ediləcək: “Ən ucqarlarda yerləşən və 5-10 ailənin yaşadığı dağ kəndləri istisna olmaqla respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub və bu, 2013-cü ilin ortalarınadək başa çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR