Bank Of Baku

Azərbaycan prezidenti Norveçin “Statoil Hydro” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti Norveçin “Statoil Hydro” şirkətinin baş icraçı direktorunu qəbul edib
# 10 noyabr 2011 14:09 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Norveçin “Statoil Hydro” şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul edib. “APA-Economics”-in məlumatına görə, H. Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə prezident İ. Əliyevi təbrik etdi. O, təmsil etdiyi “Statoil Hydro” şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq edib.

Prezident “Statoil Hydro” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə “Statoil Hydro” şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR