Bank Of Baku

Oktyabrda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 1% ucuzlaşıb

Oktyabrda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 1% ucuzlaşıb
# 11 noyabr 2011 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,1% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1% bahalaşıb.

«Oktyabr ayında elektrik avadanlıqlarının istehsalı üzrə istehsalçı qiymətlərinin 5,5%, geyim istehsalı üzrə 5,2%, tütün məmulatlarının istehsalı üzrə 4,8%, metallurgiya sənayesi üzrə 3,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7%, tikinti məmulatlarının istehsalı üzrə 0,6%, poliqrafiya fəaliyyəti və maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,4%, dəri və dəri məmulatlarının, ayaqqabılarının istehsalı üzrə 0,1% bahalaşması və toxuculuq sənayesi üzrə 7,7%, qida məhsullarının istehsalı üzrə 1,4%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9%, kimya sənayesi üzrə 0,7%, mebel istehsalı üzrə 0,6%, içki istehsalı üzrə 0,3%, maşın və avadanlıqların istehsalı üzrə 0,2%, kağız və karton istehsalı üzrə 0,1% ucuzlaşması nəticəsində emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100% təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR