Bank Of Baku

Komitə sədri: “İran istehsalı olan və standartlara uyğun olmayan qaz sobaları Azərbaycana qaçaqmal yolu ilə gətirilir”

Komitə sədri: “İran istehsalı olan və standartlara uyğun olmayan qaz sobaları Azərbaycana qaçaqmal yolu ilə gətirilir”
# 11 noyabr 2011 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda istehsal olunan benzinin keyfiyyəti pis deyil. “APA-Economics”in xəbərinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bir neft emalı zavodu var və ölkədə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində satılan benzin məhz bu zavodda istehsal olunur.

Benzinin keyfiyyəti ilə bağlı narazılıqlara toxunan komitə sədri bunların iri şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində satılan benzinlə əlaqədar olmadığını vurğulayıb: “Əsasən rayonlarda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində qiymətindən asılı olaraq benzin qarışdırılır. Narazılıqlar da buradan yaranır”.

R.Həsənov SMPDK-nın Azərbaycan bazarında satılan və İran istehsalı olan qaz sobaları ilə bağlı monitorinqlərə başlayacağını söyləyib: “Standartlara uyğun olmayan bu sobalar ölkəyə əsasən qaçaqmal yolu ilə gətirilir. Çünki iri şirkətlər bununla bağlı ölkədə tətbiq olunan standartları bilirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR