Bank Of Baku

Azərbaycanda neft-qaz sahəsində yeni texniki komitə yaradıla bilər

Azərbaycanda neft-qaz sahəsində yeni texniki komitə yaradıla bilər
# 11 noyabr 2011 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda neft-qaz sahəsində yeni texniki komitə yaradıla bilər. “APA-Economics”in xəbərinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, neft-qaz sahəsi geniş olduğu üçün bununla bağlı müxtəlif texniki komitələr fəaliyyət göstərir: “Hazırda ARDNŞ, Sənaye və Energetika Nazirliyi və müxtəlif şirkətlərlə neft-qaz sahəsində yeni texniki komitə yaradılmasına dair danışıqlar aparırıq”.

R.Həsənov SMPDK-nın bir çox sahələrdə texniki komitələr yarada biləcəyini söyləyib: “Amma Azərbaycanda aviasiya sənayesi yoxdursa, bu sahədə texniki komitə yaradılmasına nə ehtiyacvar? Düşünürük ki, Gəmiqayırma Zavodu işə salınandan sonra bu sahədə də texniki komitə yaradacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR