Bank Of Baku

Azərbaycan gələn il neft hasilatını sabit saxlayacaq

Azərbaycan gələn il neft hasilatını sabit saxlayacaq
# 11 noyabr 2011 10:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda gələn il üçün neft hasilatı bu ilki həddə, yəni təqribən 45-46 mln. ton həcmində proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, hasilatın bu həddə saxlanılması neft yataqlarının daha keyfiyyətli işlənilməsinə olan ehtiyacla bağlıdır.

Vitse-prezident bildirib ki, hasilatın qeyd olunan həcmdə olması dünya bazarında neftin qiyməti ilə bağlı deyil. «Hətta dünya bazarında neftin qiyməti artsa belə, hasilat artırılmayacaq», - deyə X.Yusifzadə qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR