Bank Of Baku

ARDNŞ Mərkəzi Neftçilər Xəstəxanası və «Atəşgah Sığorta» şirkətindəki payından imtina edir

ARDNŞ Mərkəzi Neftçilər Xəstəxanası və «Atəşgah Sığorta» şirkətindəki payından imtina edir
# 11 noyabr 2011 10:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, işçilərin icbari tibbi sığortası ölkədə fəaliyyət göstərən sığorta şirkətləri vasitəsi ilə həyata keçiriləcək. Bununla əlaqədar olaraq ARDNŞ özünün səhiyyə xidmətləri göstərən bütün aktivlərindən imtina edəcək, o cümlədən tabeliyində olan səhiyyə müəssisələri, həmçinin Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin balansına veriləcək.

R.Abdullayev bildirib ki, ARDNŞ-ın «Atəşgah Sığorta» şirkətində olan payı da satılacaq, payın satılması tender yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, ARDNŞ «Atəşgah Sığorta» şirkətinin səhmlərində 10%-lik paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR