Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycanın qazlaşdırılması 2013-cü ildə başa çatacaq»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycanın qazlaşdırılması 2013-cü ildə başa çatacaq»
# 11 noyabr 2011 11:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) qaz ehtiyatı baxımından yeni qış mövsümünə tam hazırdır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R,Abdullayevin sözlərinə görə, qış ərəfəsində qaz anbarlarına rekord həcmdə - 3,3 mlrd kubmetr qaz vurulub: «Hazırda respublikanın qaz təchizatında problem yoxdur».

Ayrı-ayrı bölgələrdə qaz problemi ilə bağlı məsələlərə gəldikdə isə R.Abdullayev bunun texniki məsələrlə əlaqəli olduğunu və belə problemlərin dərhal aradan qaldırıldığını bildirib.

R,Abdullayev həmçinin qeyd edib ki, paralel olaraq ARDNŞ Azərbaycanın qazlaşdırılması ilə bağlı işləri davam etdirir və bütün bu işlər 2013-cü ildə başa çatacaq: «Qazlaşdırma işləri çərçivəsində Bakının 100%, regionların isə mümkün olan həddədək qazlaşdırılması nəzərdə tutulub. Qazlaşdırmanın səviyyəsi rayonlardakı şəraitdən asılı olacaq. Belə ki, Lerik və Yardımlı rayonlarının cəmi 35-40%-i qazlaşdırılacaq. Çünki həmin rayonların dağ kəndlərinə qaz çəkilişi iqtisadi cəhətdən səmərəli deyil».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR